Layihə haqqında
"Bilik yarışının öncülləri" layihəsi haqqında
DİM artıq neçə ildir ki, ali təhsil müəssisələrinə yüksək balla qəbul olan gənclərin təcrübəsinin öyrənilməsi, yayılması, ictimaiyyətə tanıdılması məqsədilə bir sıra tədbirlər həyata keçirir. Bu tədbirlər silsiləsinə "Bilik yarışının öncülləri" internet layihəsi də qatılıb. DİM tərəfindən qəbul imtahanlarında yüksək bal toplamış şəxslər haqqında məlumatların toplanılması və bu gənclərin təcrübəsinin öyrənilməsi məqsədilə hazırlanmış bu layihə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri M.M. Abbaszadənin rəhbərliyi ilə həyata keçirilmişdir.
Dövlət İmtahan Mərkəzinin dəstəyi ilə icra olunan "Bilik yarışının öncülləri" layihəsi "Abituriyent" jurnalı redaksiyasında hazırlanmışdır. Ali təhsil müəssisələrinə 600 və daha yüksək bal toplayan şəxslərə dair resurs bazası olan bu portalda 1999-cu ildən indiyədək "Abituriyent" jurnalında 16 minədək şəxs haqqında yazı və foto məlumatlar dərc olunmuşdur.
Missiyamiz
Şagirdlərə, gələcək abituriyentlərə qabaqcıl təcrübə nümunələri və örnəklərini göstərmək, eyni zamanda yüksək balla ali məktəblərə qəbul olmuş tələbələrə əvvəlki illərdə qəbul olmuş bilik yarışının öncüllərinin uğurlu həyat yolu, təcrübələrini öyrənmək, onların nailiyyətlərini nümunə olaraq təqdim etməkdir.
Ümid edirik ki, yüksək bal toplamış gənclərin təbliği ictimaiyyət tərəfindən maraqla qarşılanacaq.
İnternet resursdan istifadə zamanı istinad olunması vacibdir.
|