Bilik yarışının öncülləri

Gəncliyimizin qızıl fondunu təşkil edən yüksəkballı abituriyentlərin təcrübəsini öyrənmək və təbliğ etməkdə məqsədimiz onları gələcəkdə də təhsillərini belə yüksək səviyyədə davam etdirməyə səsləməkdir. Çünki onların hər birinin gələcəkdə yüksək səviyyəli mütəxəssis olmağa güclü potensialı vardır.

Hər kəsi “Bilik yarışının öncülləri” layihəsinə öz töhfəsini verməyə, bu resursun sadəcə bir internet layihəsi deyil, eyni zamanda müxtəlif nəsillərə mənsub insanların, xüsusən yeniyetmə və gənclərin tez-tez müraciət edəcəyi bir qlobal informasiya mənbəyinə çevrilməsinə yardımçı olmağa səsləyirik.

Nəzərinizə çatdırırıq ki, saytda yalnız anket-sorğusunu doldurmuş və "Anket suallarına cavablarınızdan nümunələrin və şəklinizin abiturient.az saytında təqdim olunmasına razısınızmı?" sualına "bəli" cavabını qeyd etmiş gənclər haqqında məlumat verilmişdir. Əgər Siz də bu layihəyə öz töhfənizi vermək istəyirsinizsə, təqdim olunmuş anket sorğusunu dolduraraq iştirak edə bilərsiniz.

Əziz Bilik yarışının öncülləri, əgər sizlər də yüksək bal toplamış gənclərin peşəkar mütəxəssis kimi yetişməsində maraqlısınızsa, bizə qoşulub bu layihədə fəal iştirak edin və təcrübənizi paylaşın.
2023/2024-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Qəbul imtahanlarında yüksək nəticə əldə etmiş gənclər haqqında statistik məlumatlar
Respublikanın ali təhsil müəssisələrinə 600 və daha yüksək balla qəbul olmuş gənclər haqqında məlumat (2024)

2001-2015-ci tədris illərində
respublikanın ali təhsil müəssisələrinə qəbul imtahanlarında 600 və daha yüksək bal toplayan gənclər üçün anket-sorğu

2024/2025-ci tədris ili üçün
ali təhsil müəssisələrinə qəbul imtahanlarında 600 və daha yüksək bal toplayan gənclər üçün anket-sorğu

600 və daha yüksək bal toplayanların "Abituriyent" jurnalı haqqında fikirləri

Uğur əldə etmək uçun qarşınızda real bir məqsəd olmalıdır. Yüksək nəticənin, ali təhsil almağın sizin gələcək həyatınızı həll etməyi haqqda düşünün. Məqsədyönlü çalışmaq bəzi fədakarlıqlar tələb edə bilər, amma yorucu hazırlıq müddəti ərzində vaxtınızdan düzgün istifadə edin. Valideynlərinizə, dostlarınıza, əyləncəyə də vaxt ayırın.

ƏSGƏROVA TƏHMİNƏ MƏHƏMMƏD QIZI

696 bal, 2016-cı il

Qəbul imtahanına hazırlaşmaq çətin və məsuliyyətli işdir. Hazırlıq üçün bir hədəfiniz olmalıdır. Nəyi arzuladığınızı və nə uğrunda mübarizə apardığınızı bilməlisiniz. Hazırlıq müddətində bəzi əyləncələrdən uzaq durmalı və diqqətinizi sadəcə dərslərə yönəltməli, çox çalışmalısınız. Unutmayın ki, zəhmətsiz uğur yoxdur. İnanın ki, universitetə girməyin sevinci və qüruru sizə bütün əziyyətlərinizi unutduracaq.

İSMAYILOVA AYGÜL ELŞƏN QIZI

692 bal, 2016-cı il

Çox çalışmaq, məqsədyönlü olmaq, əzmkarlıq göstərmək, vaxtlarını düzgün bölmək, dərslərinə məsuliyyətli yanaşmaq və əlbəttə ki, özünə inanmaq.

QASIMZADƏ NAİL İBRAHİM OĞLU

692 bal, 2016-cı il

Yalnız 9-11-ci siniflərdə deyil,ibtidai siniflərdən hazırlaşmağa başlasınlar.Çoxlu test işləsinlər və sistemli çalışsınlar.Mövzunu yaza və qeydlər apara-apara öyrənsinlər,çoxlu təkrar etsinlər.İnadkar olsunlar və məqsədləri uğrunda inamla çalışsınlar.Yekun olaraq hər bir çətinliyin sonunda uğurun dayandığını unutmasınlar və heç nə ilə kifayətlənməsinlər.

BƏBİŞLİ CAVAD ÜMÜDVAR OĞLU

688.2 bal, 2021-cı il

Dərslərə müntəzəm şəkildə hazırlıqlı gəlsinlər, müəllimlərin dediklərinə diqqətlə qulaq assınlar, mütəmadi olaraq əlavə ədəbiyyatlardan istifadə etsinlər, daha geniş məlumat almaq üçün əlavə mənbələrdən istifadə etsinlər.

RƏŞİDOV ƏLİ CANBAXIŞ OĞLU

686 bal, 2016-cı il

Abituriyentlər hazırlaşma prosesinə son 2 ildə başlamamalıdır. Ümumiyyətlə, şagird təhsil dövründə dərslərinə hər gün müntəzəm hazırlaşmalıdır. Əks halda 5 fənn üzrə 6-7 illik dərs materialını 2 ildə mükəmməl şəkildə mənimsəyib yüksək nəticə göstərmək mümkün deyil.

İSAYEV TURAN FƏYYAZ OĞLU

686 bal, 2016-cı il

Məqsədli olmaq yüksək nəticə əldə etmək üçün əsas şərtdir. Hazırlıq prosesində yorulduğunuzu hiss etdiyiniz anlarda məqsəd sizə davam gətirmək üçün qüvvə verəcək. Bununla bərabər dərslərlə şəxsi həyatınızı doğru tarazlaşdırmağa çalışın, əylənməyə də vaxt ayırın. Müntəzəm çalışma sizi hədəfinizə çatdıracaq.

HÜSEYNZADƏ AYSUN ELDAR QIZI

675.5 bal, 2021-cı il

İlk öncə məqsədlərinin nə olduğunu tam olaraq anlamağa çalışmalarını tövsiyə edərdim. Bundan sonra ən önəmli işin araşdırmaq olduğunu düşünürəm. Bu həm zamanınızı idarə etməklə, həm də dərsdə keçilənlərlə bağlı ola bilər. Şüurlu və planlı şəkildə çalışmanın daha effektiv, nəticələrin daha yaxşı olduğunu demək olar. Bu çalışma müəyyən fədakarlıqlar tələb edə bilər, lakin tamamilə buna fokuslanmağın çox da yaxşı bir seçim olduğunu düşünmürəm, nəzərə aldıqda ki, bu uzun müddətli bir prosesdir.

ƏSƏDOV İSMAYIL ABBAS OĞLU

674.1 bal, 2021-cı il

Bütün hazırlıq dövründə test toplularından və “Abituriyent” jurnalından istifadə etməyin çox böyük faydası olacaq.

SALAMOV SABİR ELDAR OĞLU

644 bal, 2016-cı il

Əgər həqiqətən universitetə qəbul olmaq arzusundasınızsa, yorulmadan çalışın və daim müsbət düşünün. Bəzən hazırlığın ortasında (yəni fevral, mart) insan çox bezir. Hər şeydən uzaqlaşmaq istəyir. Əgər bu mənfi fikirləri atıb gücünüzü dərslərə səfərbər etsək, yüksək nəticə göstərmək daha da asanlaşır.

SULTANOV ÜLVİ SAMİR OĞLU

642 bal, 2016-cı il

Bütün hüquqlar qorunur © 2024 "Abituriyent" jurnalı